Ümumi Dualar  

Əhddə möhkəmlik dualar
 Alqış Sənə, Ey əbədiyyət Sultanı,
 O, Qüdrətli, Əfv Edən və Şəfqətlidir
 İlahi! Sənin yolunda bizi sabit-qədəm
 Ey Şəfqətli Allah! Şükürlər Sənə
 Ey mənim Rəbbim və mənim Ümidim

Ana Səhifə
Sayt haqqında
Dua Kitabında Axtarış
Youtube-da bizə abunə olun

Azərbaycan Ənənəvi Bəhai İcması


Əhddə möhkəmlik
Duaları

 

Alqış Sənə, Ey əbədiyyət Sultanı

Alqış Sənə, Ey əbədiyyət Sultanı, ümmətlərin Xaliqi və hər bir çürümüş sümüyə həyat Verən! Sənin O Adına and verirəm ki, Onunla bütün insanları Öz əzəmət və cəlal üfüqünə çağırdın və bəndələrini fəzl və lütfünün sarayına hidayət etdin – məni o kəslərlə bir sıraya yaz ki, Səndən başqa hər şeydən özlərini ayırdılar, üzlərini Sənə tutdular və qəzavü-qədərin müsibətləri onların Sənin bəxşişlərinə can atmalarına mane olmadı.

Mən Sənin kəramət dəstəyindən yapışmışam, İlahi, Sənin lütfünün libasının ətəyindən tutmuşam. Elə isə, Sənin kəramət buludundan onu yağdır ki, məni Səndən başqasının zikrindən pak etsin və məni qadir eylə ki, bütün bəşəriyyətin Qibləsi olan Kəsə yönəlim, O Kəs ki, Sənin əhdini pozan, Sənə və Sənin əlamətlərinə inanmayan nifaq əhli Onun əleyhinə qalxmışlar.

Sənin günlərində Öz libasının şirin rayihələrindən məni binəsib qoyma, İlahi və Camalının nurunun aşkara çıxdığı Zühurunun nəfəsindən məni məhrum etmə. Sən istədiyini etməyə Qadirsən. Heç nə Sənin iradənə qarşı çıxa və Sənin Öz qüdrətinlə istədiyinə mane ola bilməz.

Səndən başqa Allah yoxdur, Sən Qüdrət və Hikmət Sahibisən.

-Bəhaullah

Copyright www.AzeriDua.com Bütün Hüquqlar Qorunur