Ümumi Dualar

Səmavi bəxşiş duaları
 Sən görürsən, Ey mənim Allahım,
 Alqış Sənə, Ya Rəbb mənim Allahım!
 İzn vermə, Ey Allah, mənim Allahım,
 Ya Rəbb! Sənin ilahi Birlik Ağacının
 Ya Rəbb! Sənin günlərində səbrli
 Ya Rəbb! Yer üzünün bütün xalqlarını
 Alqış Sənə, Ya Rəbb, Sən Ey bütün
 Ey Allah, mənim Allahım! Təriflər
 Odur Allah! Ya Rəbb, mənim Allahım

Ana Səhifə
Sayt haqqında
Dua Kitabında Axtarış
Youtube-da bizə abunə olun

Azərbaycan Ənənəvi Bəhai İcması


Səmavi bəxşiş duaları

 

Sən görürsən, Ey mənim Allahım,

Sən görürsən, Ey mənim Allahım, Sənin sevimlilərin Sənin məxluqların arasında asilərlə və Sənin xalqın arasında şər adamlarla necə əhatə olunmuşlar. Bir torpaq qalmayıb ki, orada Sənin aşiqlərinin fəryadı və seçilmişlərinin ah-naləsi ucalmasın. Səni and verirəm Sənin Ən Böyük Adına, qüvvət əlini Özünün qüdrət qoynundan çıxar və onunla Səni sevənlərə yardım eylə.

Sən görürsən, Ey mənim Allahım, onların gözləri Sənə yönəlib, nəzərləri Sənin qüdrətinin və mehriban inayətinin Məşriqinə dikilib. İlahi, onların zillətini izzətə, fəqirliyini zənginliyə və zəifliyini Səndən gələn gücə çevir.

Sən istədiyini etməyə Qadirsən. Səndən başqa Allah yoxdur, Hər Şeyi Bilən, Hər Şeydən Xəbərdarsan.

-Bəhaullah

Copyright www.AzeriDua.com Bütün Hüquqlar Qorunur