Ümumi Dualar  

Bəşəriyyət üçün Dualar
 
Mənim Allahım, Qibləgahım və
 Sən Ey Şəfqətli Allah, Sən Ey
 Sən Ey Mehriban Allah!
 Sən Ey Mehriban Allah! Sən  bütün
 Ey Allah, Sən O Allahsan ki, bilik

Ana Səhifə
Sayt haqqında
Dua Kitabında Axtarış
Youtube-da bizə abunə olun

Azərbaycan Ənənəvi Bəhai İcması


Bəşəriyyət üçün
Dualar

 

Mənim Allahım, Qibləgahım və

Mənim Allahım, Qibləgahım və Səcdəgahım! Sənin birliyinə və təkliyinə şəhadət verirəm, Sənin həm keçmişdəki, həm də indiki bəxşişlərini etiraf edirəm. Sən elə Kəramətli Allahsan ki, Sənin mərhəmətinin yağışları həm yüksək və həm də adsız-sansız adamların üzərinə yağıb və Sənin fəzlinin şuaları həm itaətkarların, həm də asilərin üstünə saçıb.

Ey mərhəmət Allahı, mərhəmət cövhərinin özü Sənin qapında səcdə edir və inayətin özü bütün batini ruhu ilə Sənin Əmrinin məbədi ətrafında təvaf edir – Sənə yalvarırıq, Sənin qədim fəzlini diləyir, indiki lütfünü axtarırıq ki, varlıq aləminin təzahürləri olanlara rəhm edəsən və Öz günlərində onları Sənin fəzlindən binəsib qoymayasan.

Hamımız fəqir və möhtacıq, Sən isə həqiqətən, Hər Şeyə Malik, Hər Şeyə Qalib və Ən Qüdrətlisən.

-Bəhaullah

Copyright www.AzeriDua.com Bütün Hüquqlar Qorunur