Ümumi Dualar

Bağışlanma duaları
 Həmd-səna olsun Sənə, Ya Rəbb
 Ey mənim Allahım, Məhbubum,
 Mən o kəsəm ki, İlahi, üzünü
 Sən görürsən məni, İlahi, Səndən
 Alqış olsun Sənə, Ey Allah, mənim
 Ucalsın Sənin adın, Ey mənim Allahım
 Ey bizim Rəbbimiz Allah! Sənin razı
 Şükrlər olsun Sənə, Ya Rəbb!
 Yalvarıram Sənə, İlahi, bağışla məni
 Şükrlər olsun sənə, Ey Allah!
 Anlayiram Mən, Ya Rəbb, xətalarım
 Sən, Ey Bağışlayan Rəbb! Sənsən bütün

Ana Səhifə
Sayt haqqında
Dua Kitabında Axtarış
Youtube-da bizə abunə olun

Azərbaycan Ənənəvi Bəhai İcması


Bağışlanma Duaları

 

Həmd-səna olsun Sənə, Ya Rəbb

Həmd-səna olsun Sənə, Ya Rəbb, mənim Allahım! Səni and verirəm Öz Seçilmişlərinə, Sənin Əmanətini Daşıyanlara və Öz Peyğəmbərlərinin və Elçilərinin Möhürü etdiyin Kəsə - izn ver ki, Sənin zikrin mənim munisim olsun, məhəbbətin məqsədim, Üzün mətləbim, Adın çırağım olsun, istədiyin muradım və Razılığın mənim fərəhim olsun.

Mən günahkaram, İlahi, Sənsə Uca Bağışlayansan. Mən Səni tanıyan kimi, Sənin İnayətinin uca Sarayına çatmağa tələsdim. İlahi, mənim o günahlarımı əfv et ki, Sənin razılığını qazanmaq yolu ilə getməyimə və Sənin vahidlik dənizinin sahilinə çatmağıma mane oldu.

Bir kəs yoxdur ki, İlahi, mənimlə comərd davransın, o kəs ki, üzümü ona tuta bilərəm. Nə də mənə şəfqətli olacaq bir kəs var ki, onun mərhəmətini diləyim. Yalvarıram Sənə, məni Öz fəzlinin qapısından qovma və məni Öz səxavət və kəramət yağışlarından məhrum etmə. İlahi, mənə Səni sevənlərə nəsib etdiklərini nəsib eylə və Öz seçilmişlərinə yazdıqlarını mənə də yaz. Baxışlarım hər zaman Sənin İnayətinin üfüqünə dikilib və gözlərim Sənin lütflərinin sarayına baxır. Sənə layiq olan tərzdə mənimlə rəftar eylə. Səndən başqa Allah yoxdur, Qüvvətli Allah, Cəlallı Allah ki, bütün insanlar Onun köməyini diləyirlər.

-Bəhaullah

Copyright www.AzeriDua.com Bütün Hüquqlar Qorunur