Ümumi Dualar  

Uşaqlar üçün dualar
 Ey Rəbbim, mənim Allahım! Bu bir
 İlahi! Bu uşaqları tərbiyə eylə. Bu
 Sən Ey mehriban Rəbb! Bu nazənin
 Ya Rəbb! Bu uşaqları ən gözəl fidanlar
 Odur Allah! Ey Allah, mənim Allahım
 Ey Allah, mənə yol göstər, məni qoru
 İlahi, İlahi! Mən kiçicik bir körpəyəm
 Ey Bənzərsiz Allah! Bu yazıq uşağa
 Ey mənim Allahım, Ey mənim Allahım
 Ya Rəbb! Mən bir uşağam; Məni Öz

 Sən Ey mənim Cəlallı Rəbbim!
Körpələr üçün dualar

Ana Səhifə
Sayt haqqında
Dua Kitabında Axtarış
Youtube-da bizə abunə olun

Azərbaycan Ənənəvi Bəhai İcması


Uşaqlar üçün
Dualar

 

Ey Rəbbim, mənim Allahım! Bu bir

Ey Rəbbim, mənim Allahım! Bu bir uşaqdır ki, Sənin bəndələrinin birindən törəyib, o kimsə ki, Sən onun üçün Özünün tale Lövhələrində və təqdir səhifələrində yüksək məqamlardan birini müəyyən etmisən.

Səni and verirəm O adına ki, Onun vasitəsilə bütün insanlar öz arzularının məqsədinə yetişərlər - bu uşağı Öz bəndənlərinin arasında kamil bir ruh kimi yetişdir; Öz adının gücü ilə onu parlat; onu Sənin vəsfini söyləməyə, üzünü Sənə tərəf çevirməyə və Sənə yaxınlaşmağa qabil eylə.

Həqiqətən, Sən əzəldən istədiyini etməyə qadir olmusan və əbədiyyətə qədər də istədiyinə qadir olacaqsan. Səndən başqa Allah yoxdur, Sən Uca, Əzim, Qalibiyyətli, Qüdrətli, Tabe Edən və İxtiyar Sahibisən.

-Bəhaullah

Copyright www.AzeriDua.com Bütün Hüquqlar Qorunur