Ümumi Dualar  

Toplantılarda oxunan dualar
 Ucasan Sən, Ya Rəbb, mənim Allahım
 Sən Ey Mərhəmətli Allah! Sən Ey
 Sən Ey Mehriban Rəbb! Bunlar Sənin
 Ey mənim Allahım, Ey mənim Allahım
 Sən Ey Bağışlayan Allah! Bu bəndələr
 Sən Ey hidayət Edən İlahi Qüvvə! Bu
 Sən Ey mehriban Pərvərdigar! Bu

Ana Səhifə
Sayt haqqında
Dua Kitabında Axtarış
Youtube-da bizə abunə olun

Azərbaycan Ənənəvi Bəhai İcması


Toplantılarda oxunan
Dualar

 

Ucasan Sən, Ya Rəbb, mənim Allahım

Ucasan Sən, Ya Rəbb, mənim Allahım! Səni and verirəm Sənin fəzl yellərinə və Sənin məqsədinin Məşriqləri və İlhamının Məzhərləri olan Kəslərə - mənə və Sənin üzünü axtaran Kəslərə, Sənin bol fəzlinə yaraşanları, bəxşiş və lütflərinə layiq olanları nazil eylə; mən yoxsul və tənhayam, İlahi! Öz zənginlik dəryanda məni qərq eylə; təşnəyəm, mənə Öz inayətinin dirilik suyundan içir.

Səni and verirəm Sənin Özünə, göydə və yerdə olanların hamısına Öz Zatının Zühuru və fərqləndirici Sözü təyin etdiyin Kəsə, Öz bəndələrini Sənin inayət ağacının kölgəsində topla. Sonra onlara kömək eylə ki, o ağacın meyvələrindən dadsınlar, onun yarpaqlarının xışıltısına və onun budaqlarında ötən bu Quşun şirin nəğmələrinə qulaq versinlər. Sən, həqiqətən, Qəyyum, Əlçatmaz, Qüdrətli, Ən Kəramətlisən.

-Bəhaullah

Copyright www.AzeriDua.com Bütün Hüquqlar Qorunur