Ümumi Dualar  

İlahi Təyid Duaları
 Ey Allah, Ey bütün Zühurları Yaradan
 Söylə: Ucalsın Sənin Adın, Ya Rəbb
 Ucalsın Sənin Adın, Ey mənim Allahım
 Təriflər olsun Sənə, Ya Rəbb mənim
 Alqış Sənə, Ey aləmin Rəbbi və
 Sən bilirsən, ey Allah və şahidsən ki
 Ey mənim Allahım, Öz bəndənə
 Ey Allah, mənim Allahım! Öz etibarlı
 Görürsən məni, Ey mənim Allahım
 Sən Ey Bənzərsiz Allah! Sən Ey
 Ey Allah, mənim Allahım! Sən məni
 İlahi! İlahi! Sənin yaratdıqların
 Ey Allah, mənim Allahım! Sən görürsən
 Sən Ey Mehriban Allah! Təriflər olsun
 Ey mənim Allahım! Ey mənim Allahım
 Ya Rəbb, mənim Allahım! Sənə tərif
 Ey Allah! Ey Allah! Bu qanadı sınıq bir
 Təriflər olsun Sənə, Ey mənim
 Ey Allah, mənim Allahım! Sən bu zəif

Ana Səhifə
Sayt haqqında
Dua Kitabında Axtarış
Youtube-da bizə abunə olun

Azərbaycan Ənənəvi Bəhai İcması


İlahi Təyid
Duaları

 

Ey Allah, Ey bütün Zühurları Yaradan

Ey Allah, Ey bütün Zühurları Yaradan, bütün Mənbələrin Mənbəyi, bütün Vəhylərin Qaynağı, bütün Nurların Çeşməsi! Mən şəhadət verirəm ki, Sənin Adınla irfan səması zinətləndi, bəyan dəryası təlatümə gəldi və Sənin Əmrin bütün dinlərin ardıcılarına bəyan oldu.

Yalvarıram Sənə, məni elə zəngin eylə ki, Səndən başqa heç kəsə möhtac olmayım və Səndən özgə heç kəsdən asılı olmayım. Sonra Öz kəramət buludlarından Sənin bütün aləmlərində mənə fayda verən şeyləri üstümə yağdır. Daha sonra Öz gücləndirici fəzlinlə mənə yardim eylə, Əmrinə bəndələrin arasında elə xidmət edim ki, səltənətin durduqca və mələkutun davam etdikcə məni xatırladacaq şeyləri nümayiş etdirim.

Bu Sənin bəndəndir, İlahi, bütün varlığı ilə Sənin kəramət üfüqünə, lütf dəryana və Sənin bəxşiş səmana dönüb. Sənin əzəmətinə və şanına, Sənin kərəminə və fəzlinə yaraşan tərzdə mənimlə rəftar eylə.

Sən, həqiqətən, qüvvət və qüdrət Allahısan, Sənə dua edənlərə cavab verməyə hazırsan. Səndən başqa Allah yoxdur, Hər Şeyi Bilən, Ən Hikmətli.

-Bəhaullah

Copyright www.AzeriDua.com Bütün Hüquqlar Qorunur