Ümumi Dualar  

Şükr və minnətdarlıq duaları
 Bütün təriflər, Ey mənim Allahım
 Təriflər olsun Sənə, Ya Rəbb, mənim
 Ən Uca Allahın adı ilə! Uca və
 Ucalsın Sənin adın, Ya Rəbb, mənim
 Sübhansan Sən, Ya Rəbb, mənim
 Bütün əzəmət və bəha, Ey mənim

Ana Səhifə
Sayt haqqında
Dua Kitabında Axtarış
Youtube-da bizə abunə olun

Azərbaycan Ənənəvi Bəhai İcması


Şükr və minnətdarlıq
Duaları

 

Bütün təriflər, Ey mənim Allahım

Bütün təriflər, Ey mənim Allahım, Sənə olsun, Ey cəlal və möhtəşəmlik, əzəmət və şərəf, hökmranlıq və səltənət, ucalıq və fəzl, həşəmət və hakimiyyət Mənbəyi. Sən kimi istəsən, Ən Böyük Dəryaya yaxınlaşdırırsan və kimə arzu etsən, ona Sənin ən Qədim Adını tanımaq şərəfi əta edirsən. Göydə və yerdə olanlardan heç kəs Sənin hökmran iradənə qarşı dura bilməz. Əzəldən Sən bütün xilqəti idarə etmisən və əbədiyyətə qədər də Sənin hökmranlığın bütün mövcudat üzərində qalacaq. Səndən başqa Allah yoxdur, Qüdrətli, Ən Uca, Ən Qüvvətli, Ən Hikmətli Allah.

Ya Rəbb, Sənin bəndələrinin üzlərini nurlandır ki, onlar Sənə baxsınlar; onların ürəklərini pak et ki, Sənin səmavi nemətlərinə tərəf dönsünlər və Sənin Özünün Məzhərin və Sənin Zatının Məşriqi olan Kəsi tanısınlar. Həqiqətən, Sən bütün aləmlərin Rəbbisən. Səndən başqa Allah yoxdur, Sən İxtiyar Sahibi və Qalibiyyətlisən.

-Bəhaullah

Copyright www.AzeriDua.com Bütün Hüquqlar Qorunur