Ümumi Dualar  

Sabitlik
 Mən Sənin Adını ucaldıram, Ey mənim
 Alqış Sənin Adına, Ya Rəbb, mənim
 Sən Ey yaxınlığı muradım, vüsalı
 Ey Allah, mənim Allahım! Günahları
 Alqış Sənə, Ya Rəbb, mənim Allahım!
 Təriflər olsun Sənə, Ya Rəbb, mənim
 Alqış və təriflər olsun Sənə, Ey Allah
 Ya Rəbb, mənim Allahım! Sevimli
 Sən Ey mənim Allahım, Ey axtaranları

Ana Səhifə
Sayt haqqında
Dua Kitabında Axtarış
Youtube-da bizə abunə olun

Azərbaycan Ənənəvi Bəhai İcması


Sabitlik

 

Mən Sənin Adını ucaldıram, Ey mənim

Mən Sənin Adını ucaldıram, Ey mənim Allahım və Sənə şükr edirəm, Ey mənim Arzum, çünki Sənin doğru yolunu tapmağa məni qadir etdin, Öz Böyük Müjdəni mənim gözlərim qarşısında izhar etdin və üzümü Sənin Vəhyinin Məşriqinə və Əmrinin Mənbəyinə tutmaqda kömək etdin, o zaman ki, Sənin bəndələrin və xalqların Səndən üz çevirmişdi. Səni and verirəm, Ey əbədiyyət Mələkutunun Rəbbi, Sənin Şərəf Qələminin güclü səsinə, Sənin yaşıl Ağacında Şölələnib Yanan Oda və Sənin xüsusi olaraq Bəha əhli üçün seçdiyin Gəmiyə - lütf eylə ki, Sənə olan məhəbbətimdə mən səbatlı qalım, Kitabında mənim üçün yazdığın hər hansı qismətə qane olum, Sənin və Sənin sevimlilərinin xidmətində möhkəm durum. Sonra Öz bəndələrinə mərhəmətlə yardım eylə ki, Ey mənim Allahım, Sənin Əmrini ucaltmağa xidmət edən işlər görsünlər və Sənin Kitabında nazil etdiklərinə riayət etməyə qadir edən əməl sahibi olsunlar.

Həqiqətən, Sən Qüdrət Sahibisən, istədiyini hökm etməyə Qadirsən və bütün yaranmışların cilovunu Öz ovcunda tutursan. Səndən başqa Allah yoxdur, Sən Qüvvətli, Hər Şeyi Bilən və Hikmət Sahibisən.

-Bəhaullah

Copyright www.AzeriDua.com Bütün Hüquqlar Qorunur