Ümumi Dualar  

Ruhani inkişaf üçün dualar
 Məndə təmiz bir ürək yarat
 Ey mənim Rəbbim! Gözəlliyini ruzim
 Ucalsın Sənin Adın, Ya Rəbb mənim
 Səni and verirəm, Ey mənim Allahım
 Öz əbədiyyətinin şirin sularından
 O Fəzl Sahibi, Ən Səxavətlidir!
 Ey mənim Allahım, kəramət və
 O duanı Eşidən, ona cavab Verən
 Lütf eylə mənə, Ey mənim Allahım
 Ey mənim Allahım, Ey mənim Allahım
 İlahi! İlahi! Bu bir çıraqdır ki, Sənin
 İlahi! İlahi! Sənin bu bəndən, Sənə
 Ey Allah, mənim Allahım! Bu Sənin
 Ey Allah, mənim Allahım! Bunlar
 Odur Allah! Ey Allah, mənim Allahım
 Sən Ey Ruzi Verən! Sən Qərbdəki
 Ey Allah! Mənim ruhumu təravətləndir

Ana Səhifə
Sayt haqqında
Dua Kitabında Axtarış
Youtube-da bizə abunə olun

Azərbaycan Ənənəvi Bəhai İcması


Ruhani inkişaf üçün
dualar

 

Odur Allah! Ey Allah, mənim Allahım

Odur Allah! Ey Allah, mənim Allahım! Bunlar Sənin bəndələrindir ki, Sənin nidana səs verməklə, Sənin tərifini söyləməklə, Sənin günlərində Sənin müqəddəslik rayihələrinlə cəzb olunublar, Sənin müqəddəs ağacından yanan oddan alışıblar, Sənin əlamətlərini müşahidə etməklə, ayələrini dərk etməklə, sözlərini eşitməklə, Vəhyinə inanmaqla və inayətinə əmin olmaqla Sənin nəsimlərinlə oyanıblar və xoş rayihələrinlə həyəcanlanıblar. Onların gözləri, İlahi, Sənin parlaq cəlalının mələkutuna dikilib və üzləri Sənin yüksək səltənətinə çevrilib, onların ürəkləri Sənin nurlu və parlaq camalının məhəbbətilə döyünür, qəlbləri Sənin eşqinin atəşindən odlanıb, Ey bu dünyanın və axirətin Rəbbi, onların həyatı Sənə can atmaq şövqündən qaynayır və onların Səndən ötrü göz yaşları sel kimi axır.

Onları Sənin müdafiə və mühafizə qalanda qoru, onları Sənin qayğı nəzərində saxla, onlara inayət və mərhəmət gözlərilə bax, onları bütün diyarlarda aşkar olan ilahi birliyinin nişanələri, əzəmət saraylarının üzərində dalğalanan bayraqlar, hidayət çıraqlarında hikmət yağı ilə yanan şamlar, mühafizə cənnətində ən hündür budaqlar üzərində Sənin irfan bağının oxuyan quşları, böyük mərhəmətinlə sonsuz dərinliklərə baş vuran kəramət dəryanın balıqları eylə.

Ya Rəbb! mənim Allahım! Sənin bu bəndələrin mütidirlər, onları Sənin uca mələkutunda yüksəlt; zəifdirlər, onları Öz üstün qüvvətinlə gücləndir. Zillətdədirlər, Özünün ən uca səltənətində onlara Sənin şərəfini əta et. Fəqirdirlər, əzəmətli hökmranlığında onları zəngin eylə. Sonra Sənin görünən və görünməyən aləmlərində müəyyən etdiyin bütün xeyirləri onlara qismət eylə, bu dünyada onları müvəffəq eylə, Öz nəfəsinlə onların könüllərini şad eylə, Sən Ey bütün varlıqların Rəbbi! Sənin cəlallı Məqamından yayılan xoş müjdələrlə onların ürəklərini nurlandır, Ən Böyük Əhdində onların addımlarını möhkəmlət və Sənin Misaqında onların qurşağını bərkit, Ey Rəhmli və Mərhəmətli! Sən, həqiqətən, Fəzilətli, Ən Kəramətlisən.

-Əbdül-Bəha Abbas

Copyright www.AzeriDua.com Bütün Hüquqlar Qorunur