Ümumi Dualar  

Ruhani inkişaf üçün dualar
 Məndə təmiz bir ürək yarat
 Ey mənim Rəbbim! Gözəlliyini ruzim
 Ucalsın Sənin Adın, Ya Rəbb mənim
 Səni and verirəm, Ey mənim Allahım
 Öz əbədiyyətinin şirin sularından
 O Fəzl Sahibi, Ən Səxavətlidir!
 Ey mənim Allahım, kəramət və
 O duanı Eşidən, ona cavab Verən
 Lütf eylə mənə, Ey mənim Allahım
 Ey mənim Allahım, Ey mənim Allahım
 İlahi! İlahi! Bu bir çıraqdır ki, Sənin
 İlahi! İlahi! Sənin bu bəndən, Sənə
 Ey Allah, mənim Allahım! Bu Sənin
 Ey Allah, mənim Allahım! Bunlar
 Odur Allah! Ey Allah, mənim Allahım
 Sən Ey Ruzi Verən! Sən Qərbdəki
 Ey Allah! Mənim ruhumu təravətləndir

Ana Səhifə
Sayt haqqında
Dua Kitabında Axtarış
Youtube-da bizə abunə olun

Azərbaycan Ənənəvi Bəhai İcması


Ruhani inkişaf üçün
dualar

 

Öz əbədiyyətinin şirin sularından

Öz əbədiyyətinin şirin sularından mənə içir, ey mənim Allahım və Sənin varlıq ağacının meyvələrindən mənə dadızdır, Ey mənim Ümidim! Məhəbbətinin saf çeşmələrinin sularından mənə doyunca içir, Ey mənim Şərəfim və Sənin əbədi inayətinin kölgəsində mənə məskən ver, Ey mənim Nurum! Sənə yaxınlıq çəmənliyində Öz hüzurunda məni gəzdir, Ey mənim Məhbubum, Sənin mərhəmət taxtının sağında məni əyləşdir, Ey mənim Məqsudum! Sevincinin rayihəli nəsimlərini mənim üstümə əsdir, Ey mənim Mətləbim, məni Həqiqət cənnətinin zirvəsinə çatdır, Ey mənim Məbudum! Sənin təklik göyərçininin təranələrini mənə dinlət, Ey Parıldayan! Qüdrət və Qüvvət ruhunla məni canlandır, Ey mənim Pərvərdigarım! Eşqinin ruhunda məni möhkəm saxla, Ey mənim Yardım Edənim, Öz razılıq yolunda addımlarımı qüvvətləndir, Ey mənim Xaliqim! Sənin ölümsüzlük bağında, üzün qarşısında, əbədi məskən ver, Sən Ey mənə Mərhəmətli və Sənin izzət kürsündə məni əyləşdir, Sən Ey mənim Sahibim! İnayət səmana məni ucalt, Ey mənim Canlandıranım, hidayət Günəşinə məni yönəlt, Ey mənim Cəzb Edənim! Sənin görünməz ruhunun təzahürləri qarşısında məni hazır et, Sən Ey mənim Əvvəlim və mənim ən Uca İstəyim və Sənin zahir edəcəyin gözəlliyinin rahiyələrinin cövhərinə məni qaytar, Ey mənim Allahım!

Sən istədiyini etməyə Qadirsən. Sən, həqiqətən, Ən Uca, Ən Cəlallı, Ən Yüksəksən.

-Bəhaullah

Copyright www.AzeriDua.com Bütün Hüquqlar Qorunur