Ümumi Dualar  

İnqita Duaları
 İzn ver mənə, Ey mənim Allahım,
 Sübhansan Sən, Ey mənim Allahım!
 Ucalsın Sənin Adın, Ey mənim
 Neçə-neçə buz bağlamış ürək
 Bilmirəm, Ey mənim Allahim, o nə
 Alqış Sənə, Ey mənim Allahım
 Sənin Rəbbinin adı ilə, Yaradan
 Ya Rəbb! Sənə pənah gətirirəm
 Söylə: Allah hər üstün şeydən üstün
 Ey Allah, mənim Allahım! Sən mənim
 Ey Allah, mənim Allahım! Mənim

Ana Səhifə
Sayt haqqında
Dua Kitabında Axtarış
Youtube-da bizə abunə olun

Azərbaycan Ənənəvi Bəhai İcması


Dünyaya Bağlanmamaq
Duaları (İnqita Duaları)

 

İzn ver mənə, Ey mənim Allahım, Sənə

İzn ver mənə, Ey mənim Allahım, Sənə yaxınlaşım və Sənin dərgahının yanında sakin olum; çünki, Səndən uzaqlıq məni yandırıb yaxdı. Məni Öz fəzlinin kölgəsində rahatlandır, çünki Səndən ayrılığın atəşi ürəyimi əritdi. Məni dirilik suyunun çeşməsinə yaxınlaşdır, çünki Səni durmadan axtararkən susuzluqdan qəlbim od tutub yanır. Mənim ahım, İlahi, mənim qəm-qüssəmin acılığını göstərir, göz yaşlarım Sənə məhəbbətimə şəhadət verir.

Səni and verirəm o tərifə ki, Sən Özün Özünü tərif edirsən və o alqışa ki, Özün Öz Zatını alqışlayırsan – bizi Səni tanıyanların və Sənin günlərində Sənin hökmranlığını etiraf edənlərin sırasına daxil eylə. Sonra kömək eylə, İlahi, mərhəmət barmaqlarından inayət suyunu içək ki, Səndən başqa hər şeyi unudaq, yalnız Səninlə məşğul olaq. Sən istədiyini etməyə qadirsən. Səndən başqa Allah yoxdur, Sən Qüdrətli, Əzəmətli və Qəyyumsan.

Alqış Sənin adına, Ey Sultanlar Sultanı.

-Bəhaullah

Copyright www.AzeriDua.com Bütün Hüquqlar Qorunur