Ümumi Dualar  

İanə Haqqında Dua
 Ey Allah, mənim Allahım! Öz həqiqi

Ana Səhifə
Sayt haqqında
Dua Kitabında Axtarış
Youtube-da bizə abunə olun

Azərbaycan Ənənəvi Bəhai İcması


İanə haqqında
Dua

 

Allahın bütün dostları..., onların verdiyi ianə nə qədər cuzi olsa da, mümkün olan qədər ianə verməlidirlər. Allah hər hansı bir ruha onun gücündən artıq yük qoymaz. Belə ianələr bütün mərkəzlərdən və bütün möminlərdən gəlməlidir...

Ey Allahın Dostları! Əmin olun, bu ianələrin əvəzində sizin kənd təsərrüfatınız, sənayeniz və ticarətiniz qat-qat xeyir-bərakət alacaqdır. Kimsə Allahın yolunda bir savab iş görərsə, on qat mükafat alacaqdır. Heç şübhə yoxdur ki, əbədi olan Allah öz var-dövlətini Onun yolunda sərf edənlərə bərəkət verər.

Ey Allah, mənim Allahım! Öz həqiqi

Ey Allah, mənim Allahım! Öz həqiqi aşiqlərinin alınlarını nurlandır və zəfər mələklərinin qoşunu ilə onlara yardım eylə. Onların qədəmlərini Sənin düz yolunda möhkəmləndir və Öz qədim Kəramətindən onların üzünə nemət qapılarını aç; çünki onlar Sənin onlara bəxş etdiklərini Sənin yolunda sərf edirlər, Sənin Əmrini mühafizə edirlər, Sənin zikrinə təvəkkül edirlər, öz könüllərini Sənin məhəbbətin üçün fəda edirlər və Sənin camalına sitayiş etməkdə və Sənin razılıq yollarını aramaqda malik olduqlarını əsirgəmirlər.

İlahi! Onlara bol pay və layiqli mükafat qismət eylə. Həqiqətən, Sən Saxlayan, Yardımçı, Səxavətli, Kəramətli və Bəxş Edənsən.

-Əbdül-Bəha Abbas

Copyright www.AzeriDua.com Bütün Hüquqlar Qorunur