Ümumi Dualar  

Hifz Duaları
 Təriflər olsun Sənə, Ya Rəbb, mənim
 Alqış Sənə, Ya Rəbb, mənim Allahım!
 Ucalsın Sənin Adın, Ya Rəbb, mənim
 Ey Allah, mənim Allahım! Mən öz
 Onun Adı ilə, Ən Uca, Ən Ali,
 Ey mənim Rəbbim, mənə və Sənə
 Alqış Sənə, Ey Allah! Sən O Allah
 Ulular Ulusu, Qalibiyyətli Allahın
 Ey Allah, mənim Allahım! Nəfs və
 Ey mənim Rəbbim! Sən bilirsən ki,
 Ey mehriban və sevgili Allah! Şərq

Ana Səhifə
Sayt haqqında
Dua Kitabında Axtarış
Youtube-da bizə abunə olun

Azərbaycan Ənənəvi Bəhai İcması


Hifz Duaları

 

Təriflər olsun Sənə, Ya Rəbb, mənim

Təriflər olsun Sənə, Ya Rəbb, mənim Allahım! Sən görürsən və bilirsən, mən Sənin bəndələrini dəvət etdim ki, Sənin bəxşişlərindən başqa heç bir tərəfə üz tutmasınlar və onlara əmr etdim ki, Sənin dərkolunmaz hökmünə və qəti məqsədinə uyğun olaraq nazil olmuş aydın Kitabında yazdıqlarından başqa bir şeyə riayət etməsinlər.

Ey mənim Allahım, Sənin iznin olmasa, bircə söz söyləyə bilmərəm, icazən olmasa, tək bir addım ata bilmərəm. Sən O Kəssən ki, Ey mənim Allahım, qüdrətinin gücü ilə mənə həyat vermisən və fəzlinlə inayət etmisən ki, Əmrini zahir edim. O üzdən elə bəlalara düçar olmuşam ki, dilim Səni tərif etmək və şərəfini ucaltmaqdan dayandırılıb.

Ey mənim Allahım, Öz hökmünlə və hökmranlığının gücü ilə mənə qismət etdiklərin üçün, bütün təriflər Sənə olsun. Yalvarıram Sənə, məni və məni sevənləri məhəbbətində möhkəmləndir və bizi Sənin Əmrində dönməz saxla. Sənin qüdrətinə and içirəm! Ey mənim Allahım! Sənin bəndənin xəcilliyi Səndən pərdələnməsindədir, izzəti isə Səni tanımaqdadır. Sənin adının qüvvəsi ilə silahlanmışkən, heç nə əsla mənə ziyan vura bilməz və ürəyimdə Sənin məhəbbətin varkən, bütün dünyanın bəlaları heç vəchlə məni qorxuda bilməz.

Ona görə də, Ey mənim Allahım, mənə və mənim sevimlilərimə o şeyləri nazil eylə ki, bizi Sənin həqiqətini inkar edənlərin və Sənin əlamətlərinə inanmayanların şərindən qorusun.

Sənsən, həqiqətən, Ən Cəlallı, Ən Kəramətli.

-Bəhaullah

Copyright www.AzeriDua.com Bütün Hüquqlar Qorunur