Ümumi Dualar  

Gənclər üçün dualar
 Sən Ey Mehriban Rəbbim! İnqita,
 Sən Ey Mehriban Allah! Mərhəmətlə
 Sən Ey mehriban Allah! Bu mələkut
 Ya Rəbb! Bu gənci işıq saçan eylə
 Alqış və şükrlər olsun Sənə, Ya Rəbb

Ana Səhifə
Sayt haqqında
Dua Kitabında Axtarış
Youtube-da bizə abunə olun

Azərbaycan Ənənəvi Bəhai İcması


Gənclər üçün
Dualar

 

Sən Ey Mehriban Rəbbim! İnqita

Sən Ey Mehriban Rəbbim! İnqita üfüqündən Sən elə ruhlar zahir etmisən ki, onlar nur saçan bir ay tək ürək və könül dünyasını işıqlandırıb nura boyadılar, özlərini bütünlüklə varlıq dünyasının nişanələrinindən azad edib, ölümsüzlük səltənətinə tələsdilər. Öz inayət dənizinin şəbnəmləri ilə Sən hər an onların könül gülşəninə bir təravət əta etdin, ta o vaxtadək ki, onlar misilsiz lətafət və gözəllik əldə etdilər. Öz xoş ətirlərini bütün dünyanın üzərinə səpməklə, yer üzününün bütün diyarlarının ənbər saçmasına səbəb olaraq, Sənin ilahi birliyinin rayihələri hər yana yayıldı.

Ey Paklıq Ruhu, indi elə şəxslər yetir ki, o müqqədəs varlıqlar kimi, azad və pak olsunlar, yaradılış aləmini yeni geyim və ecazkar libas ilə bəzəsinlər, Səndən başqa heç kəsi axtarmasınlar, Sənin razılıq yolundan başqa bir yolla getməsinlər, Sənin Əmrinin sirrindən başqa bir şey danışmasınlar.

Sən Ey Mehriban Allah! İzn ver, bu gənc, o pak övliyaların can atdığı ən yüksək arzulara çatsın. Öz gücləndirici fəzlinlə ona inqita və İlahi yardım qanadları əta eylə ki, onlarla o, Sənin rəhmaniyyət fəzanda pərvaz etsin, Sənin səmavi nemətlərindən dadsın, İlahi hidayət nişanəsi və Səma Sakinlərinin nümunəsi olsun. Sən Qüvvətlisən, Qüdrətlisən, Görən və Eşidənsən.

-Əbdül-Bəha Abbas

Copyright www.AzeriDua.com Bütün Hüquqlar Qorunur